Rusiya Azərbaycan qazının Ukraynaya ötürüldüyü STANSİYANI VURDU
VİDEO

Rusiya Ukraynanın qaz nəqli infrastruktur obyektinə hücum edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın Energetika Nazirliyi məlumat yayıb.

 

"Avqustun 6-sı gecə saatlarında Rusiya qaz infrastrukturu obyektinə - Ukraynanın Qaz Nəqli Sisteminin operatorunun Odessa vilayətində Ukrayna-Rumıniya sərhədi yaxınlığında yerləşən kompressor stansiyasına məqsədyönlü hücum həyata keçirib", - məlumatda bildirilib.

 

Bu kompressor stansiyası Yunanıstanın mayeləşdirilmiş təbii qaz (LNG) terminallarını Trans-Balkan qaz kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşrut çərçivəsində istifadə edilirdi. ABŞ-dan LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi.

 

"Bu gecə bu təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Bu, Rusiyanın mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir", - məlumatda qeyd olunub.

 

Zərbə endirilən yerdə mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üzərində işləyirlər.

 

Ukraynanın energetika naziri Svetlana Qrinçuk bəyan edib ki, bu, 2027-ci ildə Rusiya təbii qazından tamamilə imtina etməyi planlaşdıran bütün Avropa üçün siqnaldır: “Trans-Balkan marşrutunun əsas kompressor stansiyasına Rusiyanın dronlarla kütləvi hücumu göstərir ki, Moskva avropalıların enerji müstəqilliyini və alternativ qaz təchizatı marşrutlarını məhv etmək üçün bütün mümkün vasitə və mexanizmlərdən istifadə edəcək. Əgər rusiyalılara bizim enerji infrastrukturumuza və qaz marşrutlarına cəzasız zərbə vurmağa icazə veriləcəksə, Avropada heç bir infrastruktur obyekti təhlükəsiz olmayacaq. Cəzasız qalma yalnız terroru genişləndirir. Məhz buna görə Rusiya etdiklərinə görə cavab verməlidir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.