UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Şimali Makedoniyada “Şkendiya” və “Qarabağ” komandaları arasında ilk oyun keçirilib.
Senzor.az bildirir ki, Skopyedə yerləşən “Todor Proeski” stadionunda təşkil edilən görüş Ağdam klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Yeganə qolu 18-ci dəqiqədə penaltidən Toral Bayramov vurub.
Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
**10:00

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Senzor.az bildirir ki, Ağdam klubu Şimali Makedoniyada “Şkendiya”nın qonağı olacaq.
Skopyedə yerləşən “Todor Proeski” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. Matçı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.