Çingiz Əlioğlu "Qurd qapısı" qəbiristanlığında dəfn olundu
YENİLƏNİB, VİDEO/ FOTO

Əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

 

Senzor.az xatırladır ki, mərhumla əvvəlcə "Təzə Pir" məscidində vida mərasimi keçirilib.

 

Mərasimin ardınca cənazə "Qurd qapısı" qəbiristanlığına aparılaraq dəfn edilib.

 

**11:45

 

Əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu ilə "Təzə Pir" məscidində vida mərasimi keçirilib.

 

Senzor.az bildirir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, ədəbi-mədəni ictimaiyyət, mərhum şairin ailə üzvləri və media mənsubları iştirak ediblər.

 

Mərasimdə çıxış edənlər Çingiz Əlioğlunun ədəbi və ictimai fəaliyyətinə toxunublar.

 

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov onun yarım əsrlik ədəbi fəaliyyətini ciddi araşdırma mənbəyi olacağını qeyd edib.

 

Xalq yazıçısı Anar Çingiz Əlioğlu ilə möhkəm dostluq münasibətlərinin olduğunu bildirib. O, Çingiz Əlioğlunun vəfatını Azərbaycan ədəbiyyatı üçün böyük itki adlandırıb.

 

Yazıçı Seyran Səxavət isə çıxışında Çingiz Əlioğlunun unikal poetik düşüncəyə malik olduğunu ifadə edib.

 

Yekunda çıxış edən mərhumun oğlu, kinoprodüser və rejissor Orman Əliyev mərasim iştirakçılarına minnətdarlığını bildirib.

 

Qeyd edək ki, əməkdar incəsənət xadimi şair Çingiz Əlioğlu dünən səhər saatlarında vəfat edib. O, "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.