“Ukrayna hökuməti bu ölkəyə verdiyimiz “Storm Shadow” raketlərindən Rusiyaya zərbə endirə bilər”.
“The Evening Standard” qəzetinin xəbərinə görə, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer NATO-nun Vaşinqton sammiti çərçivəsində jurnalistlərə bildirib.
O əlavə edib ki, adı çəkilən ölkənin etibarlı müdafiəsini təmin etmək üçün yeni hökumətə tərəfdaş dövlətlərin verdiyi silah-sursatdan maneəsiz istifadə etməyə şərait yaradılmalıdır.