ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə ABŞ-ın Alyaska ştatında görüşəcəklər.
Senzor.az bildirir ki, bu barədə D.Tramp “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.
O bildirib ki, görüş avqustun 15-də baş tutacaq.
ABŞ Prezidenti digər detalları açıqlamayıb.
Bu arada Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında görüşün avqustun 15-də Alyaskada baş tutacağını təsdiqləyib.
TASS-ın məlumatına görə, Uşakov bildirib ki, Rusiya və ABŞ yaxın qonşudurlar, ona görə də liderlərin sammitinin Alyaskada baş tutması məntiqlidir.
O qeyd edib ki, görüş zamanı dövlət başçıları Ukrayna böhranının uzunmüddətli həllinə diqqət yetirəcəklər.