Xəbər verdiyimiz kimi, ötən gün Ağdərədə meşə massivində yanğın baş verib.
Senzor.az-ın məlumatına görə, alov dağ massivindəki meşə hissəsində davam etdiyindən əraziyə FHN-in Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.
Bildirilir ki, Suqovuşan qəsəbəsində gecə saatlarından başlayan yanğının qarşısı alınıb.
Hazırda yanğınsöndürmə əməliyyatları davam etdirilir.
**22:20 (07.08.2025)
Ağdərənin Suqovuşan qəsəbəsi ərazisində yerləşən meşə massivində yanğın baş verib.
Trend-in məlumatına görə, alov sürətlə yayılaraq geniş əraziləri əhatə edib. Yanğın zamanı ərazidə iki dəfə mina partlayışı qeydə alınıb.
Yanğın baş verən əraziyə FHN-in Ağdərə, Naftalan və Tərtər rayon yanğınsöndürən briqadasının texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğının yol massivi və infrastruktura zərər verməsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları da cəlb olunub.