İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkəsi Qəzza zolağını idarə etmək niyyətində deyil və əraziyə nəzarəti ərəb qüvvələrinə vermək istəyir.
Senzor.az bildirir ki, bu barədə Netanyahu "Fox News" telekanalına müsahibəsində danışıb.
"Onu bizi təhdid etməyərək və Qəzza sakinlərini yaxşı həyatla təmin edərək, lazımi şəkildə idarə edəcək ərəb qüvvələrinə təhvil vermək istəyirik", - deyə Baş nazir vurğulayıb.
Onun sözlərinə görə, İsrail Qəzza zolağını özündə saxlamaq istəmir, lakin təhlükəsizlik perimetrini təmin etməkdə qərarlıdır.