Metroda doğulan körpə CPAP cihazına qoşulub - YENİLƏNİB


Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan körpənin vəziyyəti qənaətbəxş deyil.

 

Senzor.az bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin mətbuat katibi Elnur Hidayətoğlu sosial şəbəkə hesabında məlumat yayıb.

 

Onun sözlərinə görə, doğuş edən qadın və körpəsi Respublika Klinik Xəstəxanasına yerləşdirilib: “Tibb müəssisəsində hər ikisinə dərhal zəruri tibbi xidmətlər göstərilib və müvafiq şöbələrə yerləşdiriliblər. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən ana, 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir.

 

Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır”.

 

E.Hidayətoğlu bildirib ki, vaxtından əvvəl - 36 həftəliyində dünyaya gələn körpənin çəkisi 2200 qram, boyu 47 sm-dir və kişi cinslidir.


**10:04


Bu gün saat 07:40 radələrində "Bakı Metropoliteni" QSC-nin “20 Yanvar” stansiyasında bir qadın uşaq dünyaya gətirib. 

 

Senzor.az bildirir ki, bu barədə “Bakı Metropoliteni” məlumat yayıb.

 

Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib.

 

Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

 

İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.