Böyük Britaniyanın Baş naziri Kir Starmer İsrailin Qəzza şəhərini nəzarətə götürmək qərarının səhv olduğunu bildirib və ölkə hökumətini öz mövqeyini yenidən nəzərdən keçirməyə çağırıb.
Bu barədə “Reuters” agentliyi məlumat yayıb.
"İsrail hökumətinin Qəzza zolağında hücumu daha da gücləndirmək qərarı səhvdir və biz onu dərhal yenidən nəzərdən keçirməyə çağırırıq", - o bildirib.
Baş nazir vurğulayıb ki, bu addımlar münaqişəyə son qoymağa və ya girovların azad edilməsinə kömək etməyəcək, "əksinə, daha çox qan tökülməsinə səbəb olacaq".
Xatırladaq ki, daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu bütün Qəzza zolağını hərbi nəzarətə götürmək niyyətində olduğunu bəyan etmişdi.