ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Vaşinqtonda baş tutan görüşündən silsilə paylaşımlar edib.
Senzor.az bildirir ki, Ağ Evin rəhbəri ilk olaraq "Truth Social" sosial şəbəkəsində üzərində "Sülh prezidenti" yazılmış foto paylaşıb.
"Uzun müddətdir... 35 il döyüşüblər - indi isə dostdurlar... Ermənistan və Azərbaycan arasında keçirilən bu tarixi sülh sammitində hər kəsi Ağ Evdə salamlamaq böyük şərəfdir", - Tramp növbəti paylaşımında yazıb.
"Prezident kimi mənim ən böyük arzum dünyaya sülh və sabitlik gətirməkdir. Bugünkü imzalama mərasimi Hindistan və Pakistanla uğurumuzun davamıdır. Konqo və Ruanda... Həmçinin bu yaxınlarda - Tailand və Kamboca... Biz çoxlu insan həyatını xilas etdik", - ABŞ Prezidenti digər paylaşımında vurğulayıb.