Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycanın media nümayəndələrinə müsahibə verib.
Dövlət başçısı ABŞ-a işgüzar səfərinin yekunlarından məmnun olduğunu bildirib.
Onun sözlərinə görə, Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüş çox səmimi və dostluq şəraitində keçib: “Bu, mənim Prezident Trampla ilk görüşümdü və görüş çox səmimi atmosferdə keçdi. Onun Azərbaycanla bağlı bildikləri məni çox təəccübləndirdi...”.
Senzor.az həmin müsahibəni öz oxucularına təqdim edir: