İsrailin paytaxtı Tel-Əvivdə hökumət əleyhinə etiraz aksiyası keçirilir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis etirazçılara qarşı su şırnaqlarından istifadə edir.
Həmçinin 5 nəfərin saxlanıldığı vurğulanır.
Paytaxtdakı Ayalon şossesinin cənuba gedən zolaqlarını bağlayan etirazçılar hökumətdən müharibəni dayandırmağı və Qəzzada saxlanılan girovları azad etmək üçün razılığa gəlməyi tələb edirlər.