Türkiyə xarici işlər naziri Hakan Fidan sabah Misirə səfər edəcək.
Senzor.az bildirir ki, bununla bağlı Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, H.Fidan Misirə səfəri çərçivəsində ölkə Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşəcək.
Görüşlərdə ikitərəfli məsələlərin, regional hadisələrin və çoxşaxəli əməkdaşlığın bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün fikir mübadiləsinin aparılacağı gözlənilir. Həmçinin Qəzzadakı hadisələrin dayandırılması və humanitar yardımın fasiləsiz şəkildə çatdırılması üçün birgə səylərin müzakirə olunması da nəzərdə tutulur.
Xatırladaq ki, ötən gün türkiyəli nazir Suriyaya rəsmi səfər edib və ölkənin keçid dövrü Prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.