ABŞ Fələstini tanımaqdan imtina edərək HƏMAS-ın məhv edilməsinin bir daha vacibliyini bəyan edib.
“Reuters” xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Cey Vens Fələstində fəaliyyət göstərən hökumət olmadığı üçün Vaşinqtonun Fələstin dövlətini real tanınmasının mümkün olmadığını bildirib.
O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə nəyə nail olmaq istədiyini çox aydın şəkildə qeyd edib.
“İstəyirik ki, HƏMAS İsraildə günahsız insanlara hücum edə bilməsin. Buna isə, HƏMAS-ın kökünü kəsməklə nail olmaq mümkündür. ABŞ Prezidenti Qəzzadakı humanitar böhranın dəhşətli görüntülərindən çox təsirlənir. Ona görə də biz bu problemi həll etmək istəyirik”, - deyə Vens qeyd edib.