
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan gəncin meyiti tapılıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, 12 avqust 2026-cı il tarixində Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində batan 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 1.5 km aralı suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
**19:38 (12.08.2026)
Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfər batıb.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.