
Ermənistanın Baş naziri Nikol Paşinyan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Senzor.az Ermənistan mediasına istinadən bildirir ki, liderlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Zelenski Paşinyanı Ermənistanın Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik edib.
Həmsöhbətlər həmçinin sabit və möhkəm sülhün təşviq edilməsinin vacibliyini vurğulayaraq, regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparıblar.