
İran hər zaman regionda sülh və sabitliyin bərqərar olmasını istəyib, lakin bu, bütün şərtlərin qəbul edilməsi və qarşı tərəfin iradəsinin zorla qəbul etdirilməsi mənasına gəlməməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın müdafiə naziri Sərdar Məcid ibn əl-Rza malayziyalı həmkarı Məhəmməd Xalid Nordin ilə telefon danışığı zamanı deyib.
"Əsas təhlükə mənbəyi İsraildir", - o bildirib.
Malayziyanın müdafiə naziri isə qlobal sülh və təhlükəsizliyin bərqərar olmasına kömək etmək üçün İranın yanında olduğunu və iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Malayziya Cənub-Şərqi Asiyada yerləşir. Şimalda Tayland, cənubda İndoneziya və Sinqapur ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi Malayziya və Şərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin federal hökumət Putracaya şəhərində yerləşir. 34 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.
Müstəqillik əldə etdikdən sonra (1957) Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Bu gün Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə (artım hər il ortalama 6,5%) Malayziya dünya ölkələri arasında 29-cu yerdədir.