
Avqustun 12-də dünyanın müxtəlif ölkələrində müşahidə olunan Günəş tutulması başa çatıb.
Senzor.az bildirir ki, təbiət hadisəsi Bakı vaxtı ilə saat 19:34-dən 23:57-dək, təxminən 4 saat 24 dəqiqə davam edib.
Tutulmanın maksimumu saat 21:46-ya təsadüf edib. Mərkəzi tutulma saat 20:57-də başlayıb və saat 22:30-da başa çatıb. Tam tutulma maksimum 2 dəqiqə 18 saniyə davam edib.
Yerin peykinin görünən diametri Günəşin görünən diametrindən 1,0386 dəfə böyük olduğundan, Ay Günəşi tamamilə örtüb.
Günəş tutulması hadisəsi Azərbaycan ərazisindən müşahidə olunmayıb.