
Avqustun 11-də Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Senzor.az bildirir ki, bu barədə Dövlət Miqrasiya Xidməti (DMX) məlumat yayıb.
Qeyd olunub ki, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Saziş çərçivəsində həyata keçirilib.