
Avqustun 12-də Bakının Səbail və Xəzər rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Senzor.az bildirir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Qeyd olunub ki, sabah saat 09:00-dan işlər başa çatanadək Səbail rayonunun M. Hüseyn, Nizami, Mərdanov qardaşları, Azadlıq, B. Sərdarov və M. Rostropoviç küçələrinin, Xəzər rayonunun Binə və Qala qəsəbələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.