
Kolumbiyada baş verən 7,4 bal gücündə zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub. İndiyə olan məlumata görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 254-ə çatıb, minlərlə insanın taleyi isə hələlik məlum deyil.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, avqustun 10-da səhər saatlarında ölkənin qərbində baş verən zəlzələ Pereira, Kali, Manisales və Kibdo şəhərləri və ətraf ərazilərdə ciddi fəsadlar törədib.
Çoxsaylı binaların dağıldığı və ya ciddi zədələndiyi bölgələrdə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Zəlzələdən sonra bölgədə təxminən 100 təkrar təkan qeydə alınıb. İlkin məlumatlara görə, 5 mindən çox ev zərər görüb.
Bir sıra ərazilərdə elektrik, su və rabitə xidmətlərinin fəaliyyətində də problemlər yaranıb.
Xilasetmə qrupları dağıntılar altında qalan insanların tapılması üçün həm ağır texnikadan, həm də əl əməyindən istifadə edirlər.
Dağlıq və əlçatmaz ərazilərdə nəqliyyat və rabitə imkanlarının məhdud olması əməliyyatları çətinləşdirir. Buna görə də fəlakətin tam miqyasının hələ müəyyən edilmədiyi bildirilir.
Kolumbiyada bu zəlzələ əsrin ən güclü təbii fəlakətlərindən biri kimi qiymətləndirilir. Ölkədə xilasetmə və humanitar yardım işləri davam etdirilir.