Tramp Putinlə danışdı, Moskva amerikalı məhbusu azad etdi
FOTO

ABŞ Prezidenti Donald Tramp 2022-ci ildən Rusiyada həbsdə saxlanılan keçmiş ABŞ dəniz piyadası Robert Gilmanın azad edilərək ölkəsinə qayıtdığını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Tramp bu barədə sosial şəbəkədə paylaşım edib.

 

ABŞ liderinin sözlərinə görə, onun Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqlardan sonra Moskva Gilmanı humanitar əsaslarla azad etməyə razılaşıb. 

"Bu qərarı və Rusiyanın qarşılığında heç nə tələb etməməsini yüksək qiymətləndiririk. Heç bir mübadilə baş tutmayıb", - deyə Tramp bildirib.

 

Tramp Gilmanla telefonla danışdığını və onun yalnız bir xahişinin olduğunu qeyd edib: ölkəyə çatdıqdan sonra yaxşı bir çizburger yemək.

 

"Mən bunun qayğısına qalacağam", - deyə Tramp yazıb.

 

Tramp bu prosesdə iştirak edən xüsusi nümayəndə Stiv Vitkoffa, girov məsələləri üzrə xüsusi nümayəndə Adam Bulerə, terrorizmlə mübarizə üzrə baş direktor Sebastian Qorkaya, Cared Kuşnerə və digər şəxslərə təşəkkür edib. 

ABŞ Prezidenti həmçinin bildirib ki, onun administrasiyası xaricdə saxlanılan amerikalıların ölkəyə qaytarılmasını prioritet hesab edir və indiyədək yüzlərlə insanın ailəsinə qovuşmasına nail olub.

 

Tramp administrasiyasının müxtəlif ölkələrdə saxlanılan ABŞ vətəndaşı olmayan şəxslərin də azadlığa buraxılmasına nail olduğunu vurğulayıb.

 

Xatırladaq ki, Robert Gilman 2022-ci ildə Rusiyada qatarda sərxoş vəziyyətdə polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb. Əvvəlcə o, 4,5 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan həbsxana nəzarətçilərinə hücum etdiyi iddia olunub və cəzasının müddəti 10 ilə qədər artırılıb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.