Ceyhun Bayramovdan dünyaya və Ermənistana mühüm mesaj
“DANIŞIQLAR DAVAM ETMƏLİDİR”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dünən Ermənistanla münasibətlər barədə danışıb. O bildirib ki, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var: “Azərbaycan sülh gündəliyinə sadiqdir. Hesab edirik ki, Praqa və Soçidəki görüşlərdən sonra sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə ehtiyac var”. 

 

Onun sözlərinə görə, üçtərəfli bəyanatın müddəlarına zidd olaraq Ermənistan silahlı birləşmələri hələ də tam olaraq Azərbaycan ərazilərindən çıxarılmayıb: “Eyni zamanda, azad olunan ərazilərdə mina təhlükəsi qalmaqdadır”. 

 

Rəsmi Bakı uzun müddət İrəvana 5 maddəlik sülh təklifi paketini təqdim edib. Doğrudur, Ermənistanın mövqeyində müyyən loyallıq hiss edilir. Lakin düşmən hələ ki yekun sülh müqaviləsi istiqamətində konkret addımlar atmayıb. 

 

Ermənistanın baş naziri Nikol Paşinyanın, xarici işlər naziri Aratat Mirzoyanın və digər rəsmilərin hərdən verdikləri müsbət mesajlar heç də humanizm kimi qiymətləndirilməməlidir. Qarşı tərəf yeni geosiyasi reallıqlara uyğun olaraq buna məcburdur. Düşmənin başqa yolu yoxdur. Ermənistan hərbi-siyasi rəhbərliyi yaxşı başa düşür ki, dekonstruktiv mövqe ağır nəticələrə səbəb ola bilər. Həmçinin Ermənistanın bir vaxtlar əsas havadarı olan Rusiya da indi onu əvvəlkitək dəstəkləmir. Çünki həm Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, həm də Moskva- İrəvan münasibətlərində ziddiyət yaranıb. Qərb və İran da Ermənistanı sonadək dəstəkləməyəcək. Artıq onlar da Azərbaycanın yaratdığı yeni reallıqlarla barışırlar. Paşinyan bunu yaxşı anlayır. Elə buna görə də özünün başa düşdüyü tərzdə “balanslı” siyasət yeritməyə, manevr etməyə çalışır. 

Hazırda Ermənistanın regional siyasətinin mahiyyəti vaxt qazanmağa hesablanıb. İrəvan ümid edir ki, nə vaxtsa geosiyasi reallıqlar dəyişə və yenidən əvvəlki ambisiyalarını davam etdirə bilər. Elə buna görə də “gah nala, gah da mıxa vurur”. 

 

Ceyhun Bayramov Ermənistanın öhdəliklərinə əməl etməməsinə xüsusi diqqət çəkib. O xatırladıb ki, Ermənistan silahlı birləşmələri hələ də torpaqlarımızdan çıxmayıb və ərazilərimizdə mina təhlükəsi qalmaqdadır. Hərçənd bu şərtlər iki il əvvəl, rəsmi İrəvan kapitulyasiya sənədinə qol çəkdiyi zaman yerinə yetirilməli idi. 

 

Beləliklə, Azərbaycanın baş diplomatı bildirib  ki, Ermənistan regional əməkdaşlıqda, sabitlikdə həqiqətən maraqlıdırsa və verdiyi bəyanatlarda səmimidirsə, terrorçuları torpaqlarımızdan dərhal və qeyd- şərtsiz çıxarmalı, minalı ərazilərin səhih xəritəsini bizə təhvil verməlidir. Əks halda İrəvanın səmimiliyindən söhbət gedə bilməz. 

 

Ceyhun Bayramov həm də beybəlxalq ictimaiyyətə, regiondakı qeyri-sabitlikdə maraqlı olan tərəflərə ismarıc verib. XİN başçısının sözlərindən belə nəticə çıxarmaq olar ki, Praqa və Soçi görüşünə ev sahibliyi edən, vasitəçilikdə iddialı olan tərəflər Ermənistana təzyiqi artırmalıdıdırlar. Yalnız bu halda onların səmimiliyindən söhbət gedə bilər. Əks halda isə onların yalnız öz mənfəətlərini düşündüyü qənaətinə gəlmək üçün heç bir şübhə yeri yoxdur. 

 

Kənan Novruzov

Siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.