Slutski: Paşinyan Ermənistanı Ukrayna yolu ilə aparır

“Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni Ukrayna yolu ilə aparır”.

 

Bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri, Rusiya Liberal Demokratlar Partiyasının (LDPR) lideri Leonid Slutski teleqram kanalında yazıb.

 

Onun sözlərinə görə, Paşinyanın İrəvanı Ukrayna yolu ilə aparması Ermənistan-ABŞ-Avropa İttifaqı formatı inkişaf etdikcə daha aydın görünür.

 

“Qərbin Kiyevin müharibəsində uğursuzluqları fonunda Vaşinqton və Brüssel Rusiyaya qarşı yeni poliqonlar axtarırlar. Və görünür, qərblilərin baxışları getdikcə daha çox əvvəlcə Moldovaya, sonra isə Ermənistana düşməyə başladı.

 

Yerevandakı hazırkı hakimiyyət başa düşürmü ki, Avroatlantik şahinlərin vəd etdiyi dəstək və yardım Rusiyanı zəiflətmək planını canlandırmaq cəhdindən başqa bir şey deyil?! İndi bu, Ermənistan xalqının milli maraqları və Cənubi Qafqazda sabitliyin pozulması perspektivi bahasına başa gələcək”.

 

O əlavə edib ki, bu cür yardım suverenliyin itirilməsi, vətəndaş müharibələri və mülki insanların itkiləri, iqtisadi böhranlar və humanitar fəlakətlərlə nəticələnir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.