İKT LAB media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edib
FOTO

22 İyul – Milli Mətbuat Günü münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İKT LAB Tətbiq və Tədris Mərkəzi tərəfindən media nümayəndələri üçün süni intellekt (AI) mövzusunda təlim təşkil olunub.

 

Senzor.az bildirir ki, təlimin məqsədi jurnalistləri AI texnologiyalarının media sahəsində tətbiqi, rəqəmsal alətlərdən səmərəli istifadə və kontent yaradılması imkanları ilə tanış etmək olub.

 

Tədbiri giriş sözü ilə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Rəşad Bayramov açaraq süni intellektin media və digər sahələrdə yaratdığı imkanlardan bəhs edib. Bu kimi təlimlərin jurnalistlərin peşəkar inkişafına töhfə verdiyini vurğulayıb.

 

İKT LAB-ın direktoru Zibeydə Bayramova mərkəzin fəaliyyət istiqamətləri və həyata keçirilən təlim proqramları barədə məlumat verib.

 

Təlim İKT LAB-ın təlimçisi Zöhrab Rzazadə tərəfindən keçirilib. İştirakçılara AI platformalarının media fəaliyyətində tətbiqi, mətn və vizual kontentin hazırlanması, məlumatların təhlili və iş proseslərinin optimallaşdırılması ilə bağlı nəzəri və praktiki biliklər təqdim olunub.

 

İnteraktiv formatda keçirilən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

 

Qeyd olunub ki, İKT LAB rəqəmsal bacarıqların inkişafına yönəlmiş təlim və maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcək. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.