“ABŞ başqa ölkələrdə müharibələrə başlamaqla özünə zərər verir”.
Bu barədə Pentaqonun keçmiş müşaviri Duqlas Makqreqor “X” sosial şəbəkəsində yazıb.
“Amerikalılar özümüzə zərər verən bu mənasız və axmaq hərbi işğallardan bezməyə başlayırlar”, - ekspert yazıb.
Keçmiş müşavir bu cür hərəkətlərin yaxşı heç nə vermədiyini vurğulayıb. O qeyd edib ki, 20 ildə təkcə dövlət borcu 14 trilyon dollar artıb.