Türkiyə 2024-cü il aprelin 9-dan bəzi malların İsrailə ixracını məhdudlaşdırmağa qərar verib.
Senzor.az bildirir ki, bu barədə çərşənbə axşamı Türkiyə Ticarət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Departament qeyd edib ki, məhdudiyyətlər İsrail Qəzza zolağında dərhal atəşkəs elan edənə və Fələstin anklavına kifayət qədər və fasiləsiz yardımın göstərilməsinə icazə verənə qədər qüvvədə qalacaq.
Türkiyə Ticarət Nazirliyinin İsrailə qarşı məhdudiyyətlə bağlı qərarı 54 mal qrupuna aiddir: armaturdan polad təbəqəyə, mərmərdən keramikaya qədər.
Senzor.az