Ermənistan müxalifəti referendum tələb edir - DELİMİTASİYA PROSESİ İLƏ BAĞLI

Ermənistanda referendum keçirilməsinə  zərurət var.

 

"Sputnik Armeniya" bildirir ki, bu iddia ilə müxalifət çıxış edib.

 

Məlumata görə, aprelin 9-da parlamentdə sərhədlərin delimitasiyası ilə bağlı qapalı iclas kifayət qədər gərgin keçib: "Xarici işlər naziri Ararat Mirzoyan baş nazir Nikol Paşinyanın təklif etdiyi tezisləri inadla müdafiə edərək xüsusilə fəallıq nümayiş etdirib".

 

“Baş nazirin müavini Mger Qriqoryan daha konstruktiv olub. O qeyd edib ki, yenidən belə bir görüşdə iştirak etməyə hazırdır. Sərhədin delimitasiyası ilə bağlı işlərin nə vaxt başlayacağı və hansı xəritələrin əsas götürüləcəyi hələ dəqiq bilinmir”, - məlumatda qeyd olunub. 

 

İddia olunur ki, müxalifət referendum olmadan delimitasiya prosesinin reallaşmasına qarşı çıxıb.

 

Qeyd edək ki, aprelin 9-da Ermənistan Milli Assambleyasında müxalifətin təşəbbüsü ilə sərhədin delimitasiyası və demarkasiyası məsələlərinə həsr olunmuş qapalı iclas keçirilib. Yeri gəlmişkən, 9 parlamentari qanunla məxfi məlumatlara çıxış icazəsi olmadığı üçün iclasda iştirak etməyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.