Paşinyan ermənilərin Qarabağda qalmamasının səbəbini açıqlayıb - YENİLƏNİB

Qarabağdakı özünü ləğv etmiş keçmiş separatçı rejimin rəsmi Bakı ilə danışmaq imkanı olsa da dialoqdan imtina edib.


Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.


"Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, ancaq onlara qadağa qoyulduğu üçün bunu etmədilər. Və bunu qadağan edən mən deyildim. Bunu mən edə bilməzdim və etməzdim də".


Nikol Paşinyan Xankəndinə Bakı ilə dialoq aparmağı konkret kimin qadağan etdiyini deməyib. Paşinyan həmçinin qeyd edib ki, Qarabağdakı separatçılar mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.


"Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik", - Ermənistan Baş naziri Nikol Paşinyan əlavə edib.


Baş nazir müxalifətin qınaqlarına cavab olaraq bildirib ki, buna görə də iki il əvvəl Qarabağın statusu məsələsində “yüksək tələb”lərin qoyulmamasının vacibliyindən danışırdı.

**10:48

Tavuşda sərhədin delimitasiyası Azərbaycanla yeni müharibənin qarşısını ala bilər.

 

“Sputnik Armeniya” bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 10-da parlamentdə çıxışı zamanı deyib.

 

O bildirib ki, bununla belə, bu, yeni müharibənin olmayacağına zəmanət vermir: “Buna baxmayaraq, delimitasiya aparılmalıdır. Bunu etiraf etmək çətindir, lakin bu, faktdır”.

 

N.Paşinyanın sözlərinə görə, Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin müəyyənləşdirilməsi ölkənin təhlükəsizliyi üçün əsas amildir: “Mən buna 2022-ci ildə əmin oldum. Başa düşdüm ki, sərhədlərin müəyyənləşdirilməsi yaxın, orta və uzun müddətli perspektivdə təhlükəsizliyimiz üçün həlledicidir. Belə ki, 2022-ci ildən sonra siyasi-psixoloji proses başladı. Bunu real və tarixi Ermənistan arasında sərhədin müəyyənləşdirilməsi prosesi adlandırmaq olar”.

 

Hökumət başçısı vurğulayıb ki, tarixi və real Ermənistan arasında ciddi ziddiyyətlər var.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.