Güclü daşqınlar səbəbindən iyunda keçiriləcək Astana-2024 beynəlxalq forumunu ləğv etmək qərarına gəldim.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
"Görünməmiş daşqınlar və genişmiqyaslı dağıntıların nəticələrinin aradan qaldırılması və ölkə vətəndaşlarına yardımın göstərilməsi üçün maliyyə resurslarına qənaət edilməsi zərurəti ilə əlaqədar iyunun 13-14-də keçiriləcək Astana Beynəlxalq Forumunu ləğv etmək qərarına gəldim”, - Tokayev "X" sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Xatırladaq ki, Qazaxıstanda daşqınlar mart ayında başlayıb. Ölkənin 8 regionunda yerli səviyyədə fövqəladə vəziyyət elan olunub. Xilasetmə işlərinə 35 mindən çox insan, 4 min texnika və 17 təyyarə cəlb olunub.
Daşqınlar başlayandan bəri 102 328 nəfər insan yaşadığı ərazidən təxliyə olunub.