Ərdoğan: Beynəlxalq müstəvidə əməkdaşlıq və koordinasiyaya ehtiyac var

Türkiyə ümumbəşəri dəyərlərə sadiq qalaraq dünya sülhünə xidmət etməyə davam edəcək.

 

Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskə Fələstin-İsrail münaqişəsi ilə bağlı ünvanladığı məktubda bildirib.

 

Yaxın Şərqdə və Ukraynada cərəyan edən hadisələrin beynəlxalq əməkdaşlıq və koordinasiyanın zərurətini bir daha ortaya qoyduğuna diqqət çəkən Türkiyə lideri, münaqişə bölgələrinə humanitar yardımların çatdırılmaması səbəbindən bu gün insanların aclıqdan öldüyünü bildirib.

 

“Qəzza zolağına müqəddəs Ramazan ayında da zərbələr endirilib. Ukrayna müharibəsi isə üçüncü ilinə qədəm qoyub. Bu bölgələrdəki gərginlik bütün dünyaya öz mənfi təsirini göstərir. Bu kimi çağırışlar beynəlxalq əməkdaşlıq və koordinasıyanın zərurətini bir daha ortaya qoyur”, - deyə Ərdoğan vurğulayıb.

 

Türkiyə Prezidenti məktubunda xüsusilə son dönəmdə dünyanın müxtəlif bölgələrində qeydə alınan islamofobiya, rasizm və ksenofobiya təhlükəsindən də bəhs edib.

 

O, müsəlmanlara qarşı düşmənçıliyin, irqçiliyin və ksenofobiyanın cəmiyyətlərarası sülhü və sabitliyi təhdid etdiyini ifadə edib.

 

“Dünyamızın hər zamankındən daha geniş prizmalı və rasional siyasətə, hər şəraitdə bütün tərəflərlə dialoq qura bilən aktorlara ehtiyacı var”, - deyə Ərdoğan vurğulayıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.