Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana dünyada sülh üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin Diyanət İşləri İdarəsinin sədri Əli Ərbaş Romada Papa Fransisklə görüşündən sonra deyib.
Əli Ərbaş Roma Papasının görüşdə Rəcəb Tayyib Ərdoğanın dünyada sülh üçün güc sahibi olan və bununla bağlı çox çalışan azsaylı liderlərdən biri olduğunu vurğuladığını bildirib.
Görüşdə əsas müzakirə mövzusunun İsrail-Fələstin münaqişəsi və Qəzza zolağında baş verən proseslər olduğu bildirilib, münaqişə həll edilmədən Yaxın Şərqdə daimi sülh və sabitliyin mümkünsüzlüyü vurğulanıb.