İranın hücumlarına İsrailin cavabı ilə bağlı qərarı Baş nazir, Müdafiə Nazirliyinin rəhbəri və dar çərçivəli Hərbi kabinetin üzvü verəcəklər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İsrailin Hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və dar çərçivəli Hərbi kabinetin üzvü Benni Qantsa İranın hücumlarına İsrailin reaksiyasına dair qərar qəbul etməyi tapşırıb.
İsrailin yüksək səviyyəli mənbələri “ciddi və güclü reaksiyanın olacağını” bildirirlər.
Öz növbəsində, ABŞ Prezidenti Co Bayden İran hücumlarına cavab hazırlamaq üçün G7 müttəfiqləri ilə məsləhətləşmələr keçirəcək.
Bu arada isə Tehran İsveçrə vasitəsilə ABŞ-a xəbərdarlıq edib ki, Vaşinqton İsrailin cavab zərbəsini dəstəkləsə, onun bazaları hərbi hədəfə çevriləcək.
Bunu İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri bəyan edib.
O bildirib ki, İranın İsrailə qarşı əməliyyatı başa çatıb.
“Bizim nöqteyi-nəzərimizdən əməliyyat başa çatıb, lakin ölkənin Silahlı Qüvvələri lazım gələrsə, gələcəkdə də hərəkətə keçməyə hazırdır”, - deyə Baqiri vurğulayıb.
Senzor.az