Azərbaycan İran və İsrail arasında artan gərginlikdən dərin narahatdır.
Senzor.az bildirir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin “X”dəki paylaşımında belə deyilir.
"Biz bütün tərəfləri təmkinli olmağa və Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək təhlükəli eskalasiyadan qaçmağa çağırırıq", - deyə XİN qeyd edib.