Azərbaycanın daha bir boksçusu Avropa birinciliyinin qalibi olub.
Azərbaycan Boks Federasiyasından Senzor.az-a verilən məlumata görə, yığmamızın heyətində Ömər Aslanlı da (54 kiloqram) Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, finalda Maksim Çekinlə (Ukrayna) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 29:28, 30:27, 29:28, 28:29) hesabı ilə məğlub edib və Avropa çempionatının qızıl medalına yiyələnib.
Bununla da millimiz Avropa birinciliyini iki qızıl medalla başa vurub.
Qeyd edək ki, komandamızın heyətində daha öncə Bilalhəbaşi Nəzərov (48 kiloqram) Avropa çempionu tituluna layiq görülüb.
**18:50
Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Avropa çempionu tituluna layiq görülüb.
Azərbaycan Boks Federasiyasından Senzor.az-a verilən məlumata görə, 48 kiloqram çəkidə mübarizə aparan idmançı bu uğura Xorvatiyanın Poreç şəhərində gənc boksçular arasında keçirilən qitə birinciliyində imza atıb.
O, finalda Oleksandr Zveryevlə (Ukrayna) döyüşüb. Hər 3 raundu xeyrinə bitirən Nəzərov yekunda 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gələrək qızıl medala yiyələnib və Poreçdə Azərbaycanın Dövlət Himnini səsləndirib.
Qeyd edək ki, final mərhələsinin axşam sessiyasında Ömər Aslanlı (54 kiloqram) Maksim Çekinlə (Ukrayna) üz-üzə gələcək.