Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, aprelin 13-də İranın İsrailə hücumuna görə məsuliyyəti ilk növbədə İsrailin Baş naziri Benyamin Netanyahu daşıyır.
Senzor.az bildirir ki, bu barədə, o, Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
Ərdoğanın sözlərinə görə, Netanyahu öz siyasi ömrünü uzatmaq üçün həm öz vətəndaşlarının, həm də bölgədəki bütün insanların həyatını təhlükəyə atır: “Son olayda problemin kökü doğru göstərilmədi. 7 oktyabrdan bəri İsrail provokativ addımlar atmaqdadır. Əvvəlcə qınanılması lazım olan şəxs Netanyahunun özüdür. Qəzzada 34 mindən çox dinc insanı öldürən, kilsələri bombalayan, 193 gündür beynəlxalq ictimaiyyət qarşısında soyqırım həyata keçirən, hər cür şıltaqlığı edən Netanyahudur, başqası deyildir...”.