Yer kürəsində güclü maqnit qasırğası başlayıb – İKİ GÜN DAVAM EDƏCƏK
YENİLƏNİB

Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

 

Bu barədə TASS-a Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətindən məlumat verilib.

 

Belə ki, Yerin maqnit sahəsində pozulma beş göstəricili monitorinq şkalası üzrə “güclü” mənasını verən “G3” səviyyəsinə yüksəlib.

 

Səviyyə “G3” o deməkdir ki, Yer kürəsində enerji sistemləri, o cümlədən təhlükəsizlik sistemlərində yanlış siqnallarla bağlı problemlər ola bilər. 

 

Peyk və aşağı tezlikli radionaviqasiyada fasilələr və yüksək tezlikli radio rabitəsində fasilələr də yarana bilər.

 

Bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.


**11:30


“Mayın 11-12-də maqnit qasırğası gözlənilir”.

 

Senzor.az bildirir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.

 

Qeyd olunub ki, son üç gün ərzində Günəşdə M və X sinif alışmalar baş verib. X.2.2 alışması hesabına yaranan tac kütlə atılması Yerə istiqamətlənib, böyük ehtimalla mayın 11-də Yerə çatmalıdır. X.1.1. alışmasının nəticəsi olan daha bir tac kütlə atılmasının proqnozu haqqında model çalışmalar davam edir.

 

Vurğulanıb ki, 8-9 may tarixlərində bəzi oblastların aktivliyi səbəbindən geomaqnit qasırğası 11-12 may tarixlərində gün ərzində əsasən G1-G3 səviyyələri arasında dəyişəcək, 11 may tarixində Bakı vaxtı ilə saat 09:00-dan 12:00-dək qasırğanın güclənəcəyi, G4 səviyyəsinə qədər yüksələcəyi proqnozlaşdırılır. 13 may tarixindən etibarən isə geomaqnit sahə normal səviyyəyə enəcək.

 

Bildirilib ki, bu günlərdə risk qrupuna daxil olan xəstələrin, yaşlı insanların və uşaqların səhhətində müəyyən narahatlıq-diskomfort halı güclənə bilər. Belə hallarda təşvişə düşmədən həkim nəzarəti altında profilaktik tədbirlərin görülməsi, fiziki və psixoloji yüklənməni azaldaraq fəal istirahətə üstünlük verilməsi tövsiyə olunur.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.