İranda 5 günlük milli matəm elan edildi

İran Prezidenti və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğraması ilə əlaqədar İranda 5 günlük matəm elan olunub.

 

Senzor.az bildirir ki, bunu İranın Ali Lideri Ayətulla Seyid Əli Xamenei İran Prezidenti və onunla birlikdə həlak olanlarla əlaqədar başsağlığı müraciətində bəyan edib.

 

İranın Ali Lideri bildirib ki, İran Prezidenti və həlak olan digər məsul şəxslər ölkə və xalqa xidmət istiqamətində əllərindən gələni əsirgəməyiblər. Onlar İranın dəyərli və xalis xidmətçiləri olublar.

 

İranın Ali Lideri İran xalqı, dövləti, həlak olanların yaxınlarına dərin hüznlə başsağlığı verdiyini bildirib.

 

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində azı 8 nəfər həlak olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.