İranda prezident seçkilərinin keçiriləcəyi tarix açıqlanıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İran Seçki Qərargahının mətbuat katibi Möhsün Eslami məlumat verib.
O, seçkinin iyunun 28-nə təyin olunduğunu, həmçinin seçkilərdə iştirak edəcək namizədlərin mayın 28-dən qeydiyyata alınmasına başlanılacağını söyləyib.
Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığındakı Varziqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada prezident helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.
İran Konstitusiyasına əsasən, 50 gün ərzində təşkil edilməli olan seçkilərədək Prezidentin səlahiyyətlərini birinci vitse-prezident icra edəcək.