“Vətən üçün Tavuş” hərəkatının lideri Baqrat Qalstanyan bazar ertəsi – mayın 20-də Kirants kəndinə gedəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, Müqəddəs Anna kilsəsinin həyətində keçirilən iclasda məlumat verib.
Mayın 19-da həm müxalifətçi deputatlar, həm də mədəniyyət xadimləri kəndə buraxılmayıb. Hayastan fraksiyasının bəzi nümayəndələri Kirantsa meşə yolları ilə çata biliblər.
Qalstanyan saat 09:30 radələrində İrəvanı tərk etmək niyyətindədir.
Çərşənbə axşamı saat 16:00-da İrəvanda onun ictimai xadimlər, analitiklər, ekspertlər və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşü planlaşdırılır.
ÜAK-ın Tavuş yeparxiyasının rəhbəri İrəvanın keçmiş meri Hayk Marutyana da müraciət edərək, onu bir yol tapıb görüşməyə çağırıb.
"Vaxt tapın, bir yol tapın... onlar sizinlə əlaqə saxlamağa çalışdılar, amma alınmadı", - Qalstanyan bildirib.
Senzor.az