İran Prezidentinin helikopterinin qəzası ilə bağlı ABŞ-dan və Aİ-dən AÇIQLAMA

Biz İran Prezidenti və xarici işlər nazirini daşıyan helikopterin sərt enişi ilə bağlı xəbərləri diqqətlə izləyirik. Hazırda əlavə şərhimiz yoxdur.

 

Senzor.az bildirir ki, bu sözləri İran Prezidenti Rəisinin helikopterinin qəzaya düşməsi ilə bağlı ABŞ Dövlət Departamentinin sözçüsü deyib.

 

Bildirilib ki, ABŞ Prezidenti Co Bayden helikopter qəzası ilə bağlı məlumatlandırılıb. 

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel isə hadisə ilə bağlı “X” hesabında paylaşım edib. O, yazıb: “Göyərtəsində İran Prezidenti və xarici işlər nazirinin olduğu helikopterin gözlənilmədən eniş etmək məcburiyyətində qaldığı və onların vəziyyətinin hələ aydın olmadığı barədə xəbərləri diqqətlə izləyirik”.

 

Qeyd edək ki, indiyədək əraziyə 20 xilasetmə qrupu göndərilib, lakin ərazinin keçilməzliyi və əlverişsiz hava şəraiti, xüsusən də qatı duman səbəbindən axtarış-xilasetmə əməliyyatı hələlik nəticə verməyib.

 

Axtarışlara İran ordusu da cəlb edilib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.