Xəbər verdiyimiz kimi, axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən İrana göndərilən “Bayraktar AKINCI” TİHA-Pilotsuz Döyüş Aparatı (PUA) helikopterin qəza enişi etdiyi ehtimal olunan bölgə üzərində uçuşlar edib.
Senzor.az bildirir ki, bunu əks etdirən görüntüləri Anadolu Agentliyi canlı yayımlayıb.
Canlı yayım 6 saatdan çox davam edib.
Türkiyə PUA-sı daha sonra koordinatları İran hakimiyyətinə çatdırıb.
Qeyd edək ki, “Mehr” agentliyi İran Prezidenti İbrahim Rəisi və helikopterdə olan xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətinin qəza nəticəsində həlak olduğunu yazıb.