Ukrayna lideri Volodimir Zelenski Rusiya ilə danışıqlara qarşı çıxıb.
Bu barədə o, CBS telekanalına müsahibəsində danışıb.
Dövlət başçısı bunu Moskvaya inamlarının olmaması ilə izah edib.
"Biz Rusiyaya, Rusiya ilə danışıqlara etibar edə bilmərik", - deyə o bildirib.
Bununla yanaşı, Zelenski ABŞ-ın münaqişədə neytral qalmaq istəyinin düzgün olmadığını bildirib.
Ukrayna liderinin fikrincə, Birləşmiş Ştatlarda Prezident Donald Trampın Administrasiyası dövründə Rusiya narrativləri üstünlük təşkil edir.
Yeri gəlmişkən, bundan əvvəl Zelenski Trampı Ukraynaya dəvət etmişdi və bildirmişdi ki, ABŞ lideri gələrsə, Rusiyanın Ukrayna ilə nə etdiyini anlayacaq.