
“Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 sentyabr tarixli Sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tabeliyindəki müxtəlif rejimli cəzaçəkmə müəssisələrində, habelə alternativ cəzaların icrasını təmin edən Probasiya xidməti üzrə tam təmin olunub.
Senzor.az bildirir ki, proses Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə həyata keçirilib.
Əfv sərəncamı 20 şəxsə şamil edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 19 nəfər (onlardan 5-i əcnəbidir), azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 1 nəfər cəzanın çəkilməmiş hissəsindən azad olunub.
Video sonradan əlavə olunub











