İrəvandakı görüş təxirə salındı - AZƏRBAYCANIN İSTƏYİ İLƏ
SƏBƏB?

Azərbaycanlı və erməni ekspertlərin “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu günlərdə İrəvanda keçirilməsi planlaşdırılan görüşü təxirə salınıb.

 

APA xəbər verir ki, görüş Azərbaycan tərəfinin istəyi ilə təxirə salınıb.

 

Belə ki, Azərbaycan tərəfi hazırkı mərhələdə görüşün keçirilməsini məqsədəuyğun hesab etmir.

***

“Minval Politika”nın məlumatına görə, görüşün ləğv edilməsi barədə qərarın səbəbi Ermənistan cəmiyyətində Azərbaycana qarşı yaranmış vəziyyətdir. 

 

Belə ki, son günlərdə Azərbaycana qarşı genişmiqyaslı informasiya kampaniyası başladılıb və bu prosesə xarici lobbi və ekspert dairələri cəlb olunub: “Əldə etdiyimiz məlumata görə, Bakıda hesab edirlər ki, Azərbaycana qarşı ərazi iddiaları və onun suverenliyi barədə məsələlərə qarışmaq cəhdləri Ermənistanın dövlət strukturları tərəfindən ciddi şəkildə dəstəklənir. Başqa sözlə desək, sahib olduğumuz məlumatlara əsasən, bu hücumların arxasında Ermənistan rəhbərliyi dayanır”.

 

Bildirilib ki, bu halda Azərbaycan Ermənistanda növbəti görüşün keçirilməsini məqsədəuyğun hesab etməyib və onu təxirə salmaq qərarını verib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.