Azad edilmiş ərazilərdə dağıdılmış mədəni irsin bərpası istiqamətində mühüm işlər görülür - SƏBİNƏ HACIYEVA

"Qafqazın Hirosiması" adlandırılan Ağdama ilk dəfə səfər etdikdə, oranın şəhər olduğunu dərk etmək çətin idi. Çünki tamamilə məhv olmuşdu. Füzuli də eyni aqibəti yaşamışdı və təqdimat zamanı dağıntıları əks etdirən fotolar nümayiş etdirildi. Füzulidə də demək olar ki, yaxşı vəziyyətdə olan abidə qalmayıb.

 

Senzor.az bildirir ki, bunları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva aprelin 17-də Şuşada keçirilən “Postmünaqişə dövründə mədəni irsin qorunması və dirçəldilməsi” mövzusunda I İslam Dünyası Mədəniyyət Forumunda deyib.

 

Səbinə Hacıyeva Kəlbəcər rayonunda da mədəni irsinin ciddi ziyan gördüyünü xatırladaraq bildirib: "Xudavəng monastırı ilə bağlı araşdırmalar aparılıb, arxeoloji məlumatlar öyrənilib. Bu tarixi kilsə işğal dövründə saxtalaşdırılıb, arxeoloji artefaktlar ərazidən çıxarılıb. Biz bu dağıntılara qarşı etiraz etməyə çalışmışıq. Ən dəhşətli hal isə divarlardakı freskaların kəsilib oğurlanmasıdır".

 

O, həmçinin torpaqlarımız azad edildikdən sonra həmin ərazilərdə dağıdılmış mədəni irsin qorunması və bərpası istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.