Rusiya Ali Məhkəməsi baş prokurorun "Taliban" hərəkatının Rusiyada fəaliyyətinə qoyulan qadağanın dayandırılması ilə bağlı inzibati iddiasını təmin edib.
Bu barədə TASS xəbər yayıb.
"Rusiya Federasiyası Ali Məhkəməsinin qərarı ilə əvvəllər terror təşkilatı kimi tanınan təşkilatların vahid federal siyahısına daxil edilmiş "Taliban" hərəkatının fəaliyyətinə qoyulmuş qadağanın qüvvəsi dayandırılıb", - deyə hakim qərarı elan edib.
İclas qapalı rejimdə keçirilib.
Xatırladaq ki, 2024-cü ilin dekabrında Rusiya Prezidenti Vladimir Putin “Taliban”ın terror təşkilatları siyahısından çıxarılmasına icazə verən qanunu imzalayıb.