
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında (DÇ-2026) ilk finalçı bəlli olub.
Senzor.az bildirir ki, yarımfinalda Fransa yığmasını 2:0 hesabı ilə məğlub edən İspaniya millisi həlledici görüşə vəsiqə qazanıb.
Hesabı 22-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Mikel Oyarsabal açıb. Digər qolu isə 58-ci dəqiqədə Pedro Porro vurub.
İspaniya millisinin finaldakı rəqibi Argentina - İngiltərə oyununun qalibi olacaq. Həmin qarşılaşma bu gün saat 23:00-da keçiriləcək.
Qeyd edək ki, dünya çempionatına iyulun 19-da yekun vurulacaq.
**12:16 (14.07.2026)

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında (DÇ-2026) bu gün yarımfinal mərhələsinə start veriləcək.
Senzor.az bildirir ki, ilk oyun günündə Fransa və İspaniya kollektivləri üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Fransa millisi 1/4 finalda Mərakeş yığmasını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. İspaniya isə Belçika seçməsini 2:1 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.
Qeyd edək ki, dünya çempionatının ikinci yarımfinal görüşündə İngiltərə və Argentina komandaları qarşılaşacaq. Mundialın final görüşü iyulun 19-da baş tutacaq.