Bakı–Balakən istiqamətində qatarlar avqustun 1-dək yalnız
QAX STANSİYASINADƏK HƏRƏKƏT EDƏCƏK

Qax, Zaqatala və Balakən rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

Senzor.az bildirir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.

 

Məlumata görə, təhlükəsizlik məqsədilə avqustun 1-dək Bakı–Balakən istiqamətində hərəkət edən qatarlar yalnız Qax stansiyasınadək hərəkət edəcək. Balakən–Bakı istiqamətində də qatarlar Qax stansiyasından yola düşəcək.

 

ADY bildirib ki, dəmiryol xəttinin tam bərpası və qatarların təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə avqustun 1-dən Bakı–Balakən–Bakı marşrutu üzrə reyslər müvəqqəti dayandırılacaq.

 

Qeyd olunub ki, bu marşrut üzrə avqustun 1–13-ü tarixləri üçün bilet almış sərnişinlərə biletlərin dəyəri tam həcmdə geri qaytarılacaq.

 

ADY əlavə edib ki, görülən işlər və qatarların hərəkətinin bərpası ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.