
Rusiyanın Sverdlovsk vilayətində leysan yağışlarının səbəb olduğu daşqın son sutka ərzində daha 130 yaşayış evini və 185 həyətyanı sahəni su altında qoyub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) vilayət üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Ən çox yaşayış evi İrbit şəhərində su altında qalıb. Burada 124 evi su basıb. Ən çox həyətyanı sahə isə Nevyansk şəhərində daşqın zonasına düşüb. Burada 84 həyət su altında qalıb.
FHN-in məlumatına görə, hazırda vilayət üzrə ümumilikdə 443 yaşayış evi və 1 792 həyətyanı sahə hələ də su altında qalır.
Bundan əvvəl İrbit bələdiyyəsində daşqın səbəbindən təhlükəsiz əraziyə yüzlərlə insan (o cümlədən təminən 200 uşaq) təxliyə edilib.
Axşam saatlarına olan məlumata görə, İrbit şəhərində Nitsa çayında suyun səviyyəsi 805 santimetrə çatıb. Bu göstərici şəhərdə indiyədək qeydə alınmış demək olar ki, bütün daşqınların səviyyəsini üstələyib.